​Salyanda çayda batan şəxsin meyiti sudan çıxarılıb

Salyan. 13 iyun. REPORT.AZ/ Salyanda çayda batan 15 yaşlı uşağın meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, Salyan şəhər sakini Alxas Sadıq oğlu Mirməmmədovun meyiti axşam saatlarında batdığı yerdən 10 metr aralıda Fövqəladə Hallar Nazirliyinin “Salyan” sularda xilastmə məntəqəsinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Salyan şəhər, Xəlil Rza Ulutürk prospektində yaşayan Alxas Mirməmmədov bu gün günorta saatlarında Akkuşa çayında çimərkən suda boğulub.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14