Salyanda avtomobil 64 yaşlı kişini vurdu

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun “PMK-23” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Salyan şəhər sakini, 1956-cı il təvəllüdlü Abışov Rafiq Abdulla oğlunu minik avtomobili vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05