Salyanda avtomobil 22 yaşlı gənci vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qızılağac kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Kərimov Malik Şamil oğlu yolu keçən zaman avtomobil onu vurub. M.Kərimov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57
Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51