Salyanda avtomobil yanıb

Salyanda minik avtomobili yanıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini, 1971-ci il təvəllüdlü Babayev Namid Mürsəl oğluna məxsus "Hundai Sonata" markalı avtomobil anidən alovlanmağa başlayıb.

FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49