Salyanda 38 yaşlı kişi intihar edib

Salyan. 22 iyul. REPORT.AZ/ Salyanda intihar hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Qasımov Həmid Fərhad oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54