Sabunçuda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Kazımova Mənzərxanım Məmmədrza qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47