Sabunçuda evdən 9 min manat oğurlanıb

Bakının Sabunçu rayonunda evlərin birindən 9 min manat oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı K.Əliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49