Sabunçuda avtomobillər toqquşub, iki nəfər xəsarət alıb

Bakıda avtomobillər toqquşub, iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 2012-ci il təvəllüdlü Əliyev Həsən İmaməli oğlu və 1999-cu il təvəllüdlü Əliyev Səfər İmaməli oğlu xəsarət alıb.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Əliyev Həsən İmaməli oğluna qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Hazırda yaralıların müalicəsi davam etdirilir. Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37