Sabunçuda 41 yaşlı kişi intihar edib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. 

"Report"un məlumatına görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. 

Belə ki, qəsəbə sakini, 1976-cı il təvəllüdlü Pərviz Əlizahab oğlu Rəhmanov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29