Sabunçuda 31 yaşlı kişini avtomobil vurub

Bakının Sabunçu rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Əliyev Ramin Füzuli oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya catdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər