Sabunçuda 22 yaşlı gənc oğlanı avtomobil vurub

Bakının Sabunçu rayonunda 22 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Maştağa qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Əhmədov Hüseyin Davud oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37