Sabunçuda 22 kiloqram narkotik aşkarlanıb

Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Ondan 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 13 yanvar, 2026 / 14:51
Sumqayıtda silah-sursat tapılıb 13 yanvar, 2026 / 13:13