Sabunçu rayonunda motosikleti maneəyə çırpan gənc yaralanıb

Bakının Sabunçu rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Bayramlı Elmurad Rafiq oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47