Sabunçu rayonunda avtomobillər toqquşub, yaralanan var

Bakının Sabunçu rayonunda 67 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Osmanov Arif Kərim oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37