Sabunçu rayonunda avtomobil yeniyetmə oğlanı vurub

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cabbarov Ənvər Sərvər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45