Şabranda zəlzələ olub

Bu gün yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi isə 2 km olan təkanlar zəif hiss olunub.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41