Şabranda soyğunçuluq edən şəxslər axtarışa veriliblər

Şabranda soyğunçuluq edən şəxslər axtarışa veriliblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, həmin şəxslərin əlamətləri belədir: 

Hər ikisinin boyu təxminən 175-180 sm, arıq bədən quruluşlu, qısa qara saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Lakin zərərçəkmişin üzünü aydın gördüyü soyğunçunun sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub.

Zərərçəkənin ifadəsi əsasında soyğunçulardan birinin fotorobotu hazırlanıb.

Onları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından 023-353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Digər xəbərlər