Xaçmaz sakini Şabranda intihar edib - YENİLƏNİB

Şabranda meyiti tapılan şəxsin intihar etdiyi məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, intihar edən şəxs Xaçmaz rayon sakini, 1973-cü il təvəllüdlü Səyavuş Sədullayevdir.

İntiharın səbəbləri Şabran Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.


*** 12 avqust, saat 15:20

Şabran rayonunda naməlum kişi meyiti tapılıb. 

"Report"un Şimal bürosunun məlumatına görə, hazırda onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51