Şabranda 8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb

Şabran. 27 fevral. REPORT.AZ/ Şabran rayonunda  antibiotik iynə vurulması nəticəsində vəfat edən 8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işinə başlanılıb.

"Report"un Şimal bürosuna Şabran Rayon Prokurorluğundan bildirilib ki, Şabran rayon sakini, 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşovanın ölüm faktına görə Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18