Şabranda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndindəqeydə alınb.
Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Elnur Arif oğlu qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan bıçaqlanan şəxsin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.