Şabranda 2 yaşlı körpə dərmandan zəhərlənib

Şabran rayonunda zəhərlənmə olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran şəhərində qeydə alınıb.

Şəhər sakini, 2018-ci il təvəllüdlü Xuraman Vüsal qızı Zəkiyeva dərmandan zəhərlənib.

Azyaşlının anasının sözlərinə görə, körpənin hansı həbi qəbul etdiyini bilmir.

X.Zəkiyevanın müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27