Şabran sakininin avtomobili qaçırılıb

Şabran. 4 may. REPORT.AZ/ Şabran rayon sakininin avtomobili qaçırılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhər sakini 1959-cu il təvəllüdlü Hacaqa Qurbanova məxsus "VAZ-2106" markalı avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı avtomobili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri 26 yaşlı Səxavət Abdullayev və 21 yaşlı Elməddin Rzayev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48