Şabran bazarında mübahisə bıçaqlanma ilə nəticələnib

Şabran. 24 oktyabr. REPORT.AZ/ Şabranın rayon bazarında bıçaqlanma olub.

"Report"un Şimal bürosunun məlumatına görə, sərxoş halda olan yerli sakinlər - 1992-ci il təvəllüdlü Novruzov İlkin Səhrab oğlu və 1996-cı il təvəllüdlü Əmiraslanov Elməddin Nəcməddin oğlu mübahisə edib.

Nəticədə İ.Novruzov E.Əmiraslanovun qarın boşluğuna bir neçə bıçaq zərbəsi vurub. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şabran rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl Mingəçevir şəhərində də bıçaqlanma hadisəsi baş verib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47