Sabirabadda yük avtomobilinin təkəri partlayıb, sürücü ağır xəsarət alıb

Bakı. 23 fevral. REPORT.AZ/ Sabirabad rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, 1971-ci il təvəllüdlü Şəki şəhər sakini Məmmədov Əvəz Məmməd oğlu yük avtomobilindən düşərkən maşının təkəri partlayıb.

Nəticədə təkərin şini yerindən çıxaraq Ə.Məmmədova dəyib. Ağır xəsarət alan yaralı Bakıda xəstəxanaya yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39