Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabad rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, qəza zamanı rayonun Bulduq kənd sakinləri - 1986-cı il təvəllüdlü Əliyev Tural Vahid oğlu və 1977-ci il təvəllüdlü Musayev Ramin İsmət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər