Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb

Sabirabadda yol qəzası nəticəsində bir nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, yol qəzası zamanı Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Axundov Məcnun Zabitağa oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər