Sabirabad rayonunda 12 yaşlı uşağı avtomobil vurub.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Bağırov Fuad Soltan oğlu idarə etdiyi VAZ markalı avtomobillə işıqfordan hərəkətə başlayan zaman yolun kənarında dayanan 2008-ci il təvəllüdlü Ələkbərov Əlirza Daşqın oğlunun əlindəki it sahibini yola tərəf çəkib və bu zaman onu maşın vurub.
Uşaq sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.