Sabirabad rayonunda yanğın hadisəsi olub.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Quruzma kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan şəxs ev sahibi, 1954-cü il təvəllüdlü Hüseynov Məhərrəm Əlimövsüm oğludur.