Sabirabadda yanğın olub, 3 nəfər xəsarət alıb

Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

FHN-dən "Report"a verilən məlumata görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30