Sabirabadda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Sabirabad. 26 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda 52 yaşlı qadın bıçaqlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1966-cı il təvəllüdlü Vəfa Ağasalah qızı Bağırova çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, hadisəni V.Bağırovanın keçmiş həyat yoldaşı törədib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14