Sabirabadda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Horadiz magistral yolunun 21-ci kilometrliyində - rayonun Nərimankənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Toyota” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1966-cı il təvəllüdlü Abbasova Nailə Rəhim qızı və 1994-cü il təvəllüdlü Abbasova Könül Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47