Sabirabadda kombayn körpüdən kanala aşıb, sürücü ölüb

Sabirabad rayonunda kombaynın körpüdən kanala aşması nəticəsində sürücü ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarxanbəyli kəndi ərazisində qeydə alınıb.

1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan maşınla kollektor üzərindəki körpüdən keçərkən kanala aşıb.

Hadisə zamanı sürücü ölüb.

Faktla abağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02