Sabirabadda gənc qadın bıçaqlanıb, əri saxlanılıb

Sabirabadda gənc qadın bıçaqlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü İsayeva Təhminə Fuad qızı ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadına xəsarət yetirməkdə əri şübhəli bilinir. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28