Sabirabad rayonunda baş verən yol qəzasında ölən və yaralananın adı məlum olub.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar.
*** 08:53
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır