Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qalaqayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Muradova Nəzakət İslam qızı youl keçən zaman onu minik avtomobili vurub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54