Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə hadisə saat 22 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayon Kürkəndi kənd sakini, 1983-cü il təvəllüdlü Vəliyev Müşfiq Tarverdi oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Digər xəbərlər