Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qaragüney kəndində qeydə alınıb. Belə ki, şəxsiyyəti hələ məlum olmayan piyada (kişi – red) yolu keçərkən avtomobil onu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.