Sabirabadda avtomobil dəmir betona çırpılıb, xəsarət alanlar var

Sabirabadda avtomobil dəmir betona çırpılıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dəmir betona çırpılıb.

Qəza nəticəsində rayonun Məmişlər kənd sakinləri, 1954-cü il təvəllüdlü Həziyev Vilayət Mirzağa oğlu və Teymurov Mahir Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47