Sabirabadda 68 yaşlı qadın balıqdan zəhərlənib

Sabirabadda 68 yaşlı qadın balıqdan zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H. Aslanov küçəsi, ev 14-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Əzizova Qubaxanım Böyükağa qızının qəflətən halı pisləşib. O, dərhal Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadının dediyinə görə, o, balıqdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41