Sabirabadda 63 yaşlı qadın intihar edib

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Tamarova Səbirə Şurin qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26