Sabirabadda 48 yaşlı sərxoş kişi özünü bıçaqlayıb

Sabirabad sakini özünü bıçaqlayıb.

“Report”un Aran bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Rzayev Daşqın İmanqulu oğlu özünü bıçaqlayaraq xəsarət yetirib.

Yaralı Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Rzayevin sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38