Sabirabadda 45 yaşlı qadın dəm qazından zəhərlənib

Sabirabadda qadın dəm qazından zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Muğan prospekti, döngə 4, ev 3-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Əliyeva Bədirə Nəsir qızı dəm qazından zəhərlənib.

Zərərçəkən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47