Sabirabadda 22 yaşlı qız iynə udub

Sabirabad. 12 may. REPORT.AZ/ Sabirabad rayonunda qız iynə udub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 22 yaşlı Əfsanə Nazim qızı Mütəllimova ehtiyatsızlıqdan iynə udub. Ağrılardan əziyyət çəkən qız yaxınları tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda rentgen müayinəsi aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41