Sabirabadda 22 yaşlı qadın bıçaqlanıb

Sabirabad. 7 mart. REPORT.AZ/ Sabirabadda bıçaqlanma hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Ətcələr kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 22 yaşlı Maral İmamverdi qızı Allahverdiyeva tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39