Sabirabadda 21 yaşlı gənc intihar edib

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü İmanov Rəhim İbrahim oğlu yaşadığı evin həyətində yarımtikilidə özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48