Sabirabad sakini restoranda yıxılaraq ölüb

Sabirabad. 14 avqust. REPORT.AZ/ Sabirabad rayonunda yerli sakin restoranda bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə "Ana Kür" restoranında baş verib. 

Belə ki, rayonun Surra kənd sakini, 1965-ci il təvəllüdlü Usubəli Heydərəli oğlu Cəfərov başına restoranda dəmir parçası düşməsi nəticəsində ölüb. 

Məlumata görə, U.Cəfərov həmin restoranda elektrik montyoru işləyib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18