Sabirabad sakini intihar edib - YENİLƏNİB

Sabirabad. 16 avqust. REPORT.AZ/  sabirabad rayonunda intihar edən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Rəşad Əflatun oğlu Mürsəlov yaşadığı evdən 200 metr aralıda, pay torpağında özünü ağacdan asaraq intihar edib. R.Mürsəlovun hansı səbəbdən İntihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


***17:51Sabirabad. 16 avqust. REPORT.AZ/ Sabirabad rayon sakini özünü asaraq intihar edib.

"Report"un Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaratoğay kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan kişi özünü asaraq intihar edib.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18