Saatlıda “Qazel” at arabasını vurub, xəsarət alan var

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hüseynov Kamil Ələsgər oğlu idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gedən at arabasını vurub. Qəza nəticəsində at arabasında olan, 1996-cı il təvəllüdlü Abbasquliyev Nurlan Kamil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48