Saatlıda 10 yaşlı uşaq kanalda batıb

Bakı. 4 iyun. REPORT.AZ/ İyunun 3-də Muğan kanalının Saatlı rayonunun Qaralar kəndi ərazisindən keçən hissəsində 10 yaşlı uşaq batıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 04 iyun 2017-ci il tarixində 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, "Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26