Saatlıda 30 ildən artıq məhkumluq həyatı yaşayan sakindən tapança götürülüb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib.

Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26